İstifadəsinə göstərişlər:
Böyüklərdə yüngül və orta dərəcəli kəskin ağrı sindromunun qısamüddətli simptomatik müalicəsi.
Əks göstərişləri:
- Təsiredici maddəyə və ya preparatın tərkibində olan hər hansı köməkçi maddəyə qarşı hiperhəssaslıq;
- asetilsalisil turşusuna daxil olmaqla digər QSİƏP-lərə qarşı hiperhəssaslıq;
- trombositopeniya;
- ağır ürək çatışmazlığı;
- mədə-bağırsaq qanaxması, serebrovaskulyar və ya digər qanaxma;
- anamnezdə QSİƏP qəbulu ilə bağlı mədə-bağırsaq qanaxmaları və ya perforasiyaları;
- aktiv peptik xora və ya anamnezdə xoranın/qanaxmanın residivləri
- Kron xəstəliyi və xoralı kolit;
- ağır qaraciyər çatışmazlığı;
- ağır böyrək çatışmazlığı;
- hamiləliyin lll trimestri.
İstifadə qaydası və dozası:
Ağrı sindomunun müalicəsi zamanı lornoksikamın tövsiyə olunan dozası: 8 mq venadaxili və ya əzələdaxili birdəfəlik yeridilir. Bəzi pasiyentlərə ilk 24 saat ərzində əlavə 8 mq doza tələb oluna bilər. Gündəlik doza 16 mq-dan çox olmamalıdır.
Rəylər (0)