İstifadəsinə göstərişlər:
Həzm sistemi ilə bağlı yaranan qaz problemləri
Aerofagiya
Yağ - zülal - karbohidrat həzminin disfunksiyası
Mədəaltı vəzinin çatışmazlığı olan şəxslərdə qaztoplanması ilə bağlı problemlər
Əməliyyatöncəsi və sonrası qaztoplanması barədə şikayətlər
Vaxtında qidalanmayan və həddən artıq qida qəbul edən şəxslərdə yaranan həzm problemləri
Abdominal nahiyədə radioloji müayinələrdən öncə qazqovuzu kimi istifadə olunur.
Əks göstərişlər:
Pankreatinə və ya dimetilpolisilikona və ya preparatın tərkibində olan hər hansı bir köməkçi maddəyə qarşı hiperhəssaslıq hallarında dərman vasitəsi təyin olunmamalıdır. Allergik reaksiyalara qaşınma, səpgi, üzdə, dodaqlarda, qollarda və ayaqlarda şişkinlik və nəfəsalmada çətinliklər daxildir.
Hər hansı bir zülala qarşı həssaslığı olan şəxslərdə preparat istifadə olunmamalıdır.
İstifadə qaydası və dozası:
Kreoflat örtüklü tablet daxilə qəbul edilməlidir.
Gündə 1-2 tablet yemək vaxtı maye ilə udulmalıdır.
Rentgen müayinəsi zamanı köpü aradan qaldırmaq üçün müayinədən 2 gün əvvəl gündə 3-4 dəfə 2 tablet və müayinə günü səhər acqarnına 2 tablet qəbul edilməlidir. Həkim tərəfindən xüsusi təyinat olmadıqda preparat qeyd olunan şəkildə qəbul edilə bilər
Rəylər (0)