Fitopreparat olub, ürək-damar sisteminin funksional pozulmaları zamanı istifadə olunur.
Göstərişlər:
Neyrosirkulyator distoniya, hipertoniya və ürəyin işemik xəstəliklərinin kompleks müalicəsi.
İstifadə qaydası və doza:
Kratal 1tablet gündə 3 dəfə yeməkdən əvvəl qəbul olunur. Müalicə müddəti 3-4 həftə təşkil edir.
Doza həddinin aşılması:
Hiperhəssaslıq reaksiyaları, dispeptik əlamətlər, yuxuya meyillik meydana çıxır ki, bu zaman preparatın qəbulu dayandırılmalı və simptomatik müalicə aparılmalıdır.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq .
Təsiredici maddə:
Taurin 867 mq
Yemişan meyvələrinin ekstraktı 43 mq
Qatı damotu ekstraktı 87 mq
Köməkçi maddələr:
kartof nişastası, maqnezium stearat, aerosil
Rəylər (0)