İstifadəsinə göstərişlər:
- Arterial hipertenziya;
- Ürəyin işemik xəstəliyi.
Əks göstərişlər:
Anamnezində əvvəllər AÇF inhibitorları ilə müalicə fonunda angionevrotik ödem olan xəstələr;
İrsi və ya idiopatik angionevrotik ödem;
Nəzərəçarpan hipotenziya;
Şok;
Sol mədəciyin qanqovma obstruksiyası.
İstifadə qaydası və dozalanması:
Preparat yaşlılara 1 tablet gündə 1 dəfə olmaqla səhərlər yeməkdən əvvəl təyin olunur. Maksimal birdəfəlik və gündəlik doza 1 tabletdir.
Doza həddinin aşılması:
Ürəkbulanma, öskürək, narahatlıq, qusma, başgicəllənmə, yuxululuq, taxikardiya/bradikardiya, qıcolma, huşun dumanlanması.
Əlavə təsirləri:
Mərkəzi və periferik sinir sisteminə: tez-tez - yuxululuq, başgicəllənmə, vertiqo, baş ağrısı, paresteziya.
Ürək-damar sisteminə: tez -tez - sifətin qızarması, hipotenziya, taxikardiya, ürək nahiyəsində ağrı.
Həzm sisteminə: tez-tez - dadbilmənin pozulması, ağızda quruluq, ürəkbulanma, qusma, qarında ağrı.
Rəylər (0)