spesifik iyə malik şəffaf ,rəngsiz maye .
İstifadəsinə göstərişlər:
- Yüksək əsəbiliklə müşayiət olunan nevrozlar;
- Yuxusuzluq ;
- Hipertoniya xəstəliyinin və vegeto-damar distoniyasının kompleks müalicəsində ;
- Koronar damarların kəskin nəzərə çarpmayan spazmları ,taxikardiya ;
- Neyrovegetativ pozğunluqlarla əlaqədar bağırsaqların spazmı .
Əks göstərişlər:
- Preparatın komponentlərinə qarşı yüksək həssaslıq ;
- Qaraciyər və böyrək funksiyasının nəzərəçarpan pozulmaları ;
- Qaraciyərin porfiriyası ;
- Ağır ürək çatışmazlığı ;
- Tərkibində fenobarbital olan dərman vasitələri nəzərəçarpan arterial hipotenziya,miokard infarktı, şəkərli diabet ,depressiya ,miasteniya ,alkoqolizm ,narkotik və medikamentoz asılılıq ,təngnəfəsliklə müşayiət olunan respirator xəstəliklər ,obstruktiv sindrom hallarında əks göstərişdir .
İstifadə qaydası və dozası:
gündə 2-3 dəfə qida qəbulundan asılı olmayaraq su ilə və ya şəkərlə 15-30 damcı dozada daxilə qəbul edilir.Ehtiyac yaranarsa birdəfəlik doza 45-50 damcıya qədər artırıla bilər .
Uşaqların müalicəsi üçün preparatın istifadə təcrübəsi yoxdur,buna görə preparat pediatrik praktikasında istifadə olunmur.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Reseptsiz buraxılır
Təsiredici maddələr: 1 ml məhlulun tərkibində (26 damcı) 20 mq a-bromizovalerian turşusunun etil efiri 18,26 mq fenobarbital ,1,42 mq naə yağı vardır.
Köməkçi maddələr: stabilizator ,96 %-li etanol,təmizlənmiş su .
Rəylər (0)