İstifadəsinə göstərilər:
Arterial hipertenziya.
Stabil stenokardiya və vazospastik stenokardiya.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə, digər dihidropiridin törəmələrinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Preparat daxilə, yeməkdən sonra, çeynənilmədən və kifayət qədər maye ilə birlikdə istifadə edilməlidir. Preparatın dozası, xəstəliyin ağırlıq dərəcəsindən və pasiyentin preparata qarşı hiperhəssaslığından asılı olaraq, həkim tərəfindən fərdi qaydada müəyyən edilir.
Preparat gündə 2 dəfə 20 mq (1 tablet) təyin edilir. Kifayət qədər effekt olmadıqda, preparatın dozasını 40 mq (2 tablet) gündə 2 dəfəyə qədər tədricən artırmaq olar. Maksimal sutkalıq doza 80 mq-dır (gündə 4 tablet).
Arterial
Preparat 20 mq (1 tablet) gündə 2 dəfə təyin edilir. Kifayət qədər klinik effekt olmadıqda, preparatın dozası 40 mq (2 tablet) gündə 2 dəfəyə qədər tədricən artırılır. Maksimal sutkalıq doza 80 mq-dır (gündə 4 tablet).
Doza həddinin aşılması:
Nifedipin şiddətli və ehtimal ki, uzunmüddətli sistem arterial hipotenziya ilə müşayiət olunan periferik vazodilatasiyanın meydana çızxmasına səbəb olur. Baş ağrısı, üz dərisinin hiperemiyası, AT-in uzunmüddətli şiddətli aşağı düşməsi, sinus düyünü fəaliyyətinin tormozlanması.
Müalicəsi: Doza həddinin aşılmasının müalicəsi preparatın orqanizmdən standart xaric edilməsi prosedurlarından ibarətdir. Aktivləşdirilmiş kömürün daxilə təyin edilməsi, mədənin yuyulması, stabil hemodinamik göstəricilərin bərpa olunması.
Əlavə təsirləri:
Qan və limfa sistemində baş verən pozuntular: nadir hallarda - trombositopeniya, trombositopenik purpura; çox nadir hallarda -anemiya; məlum deyil-leykopeniya, aqranulositoz.İmmun sistemində baş verən pozğunluqlar: bəzən-allergik reaksiyalar, allergik reaksiyanın/angionevrotik ödemin inkişafı ilə əlaqədar ödem; nadir hallarda dəri qaşınması.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply