İstifadəsinə göstərişlər
Hiperprolaktinemiyanın müalicəsi üçün təyin olunur. Laktasiyanın inhibə olunması və supressiyası üçün nəzərdə tutulmuşdur.
Əks göstərişlər
-Kaberqolinə və preparatın tərkibinə daxil olan hər hansı bir komponentə, həmçinin çovdar mahmızı alkaloidlərinə qarşı hiperhəssaslıq;
-nəzarət olunmayan arterial hipertenziya;
-anemnezində fibroz dəyişikliklər nəticəsində ürək və tənəffüs funksiyalarının pozulmaları simptomları;
-ürək klapanlarının struktur zədələnmələri;
-yanaşı olaraq antipsixotik preparatların istifadəsi
-doğuşdan sonra keçirilmiş depressiya
-ağır qaraciyər çatışmazlığı;
-preeklampsiya;
-hamiləlik və laktasiya;
-16 yaşa qədər uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb.
İstifadə qaydası və dozası
Preparatı həkimin təyin etdiyi qaydada qəbul etmək lazımdır. İstifadə qaydası haqqında sualınız yaranarsa, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin.
Koneks preparatı daxilə yeməkdən sonra qəbul olunur. Tabletləri çeynəmək olmaz! Bölünən və ya əzilən tabletlərdir.
Laktasiyanın qarşısının alınması: birdəfəlik 1 mq, doğuşdan sonra ilk gün.
Başlanmış laktasiyanın zəiflədilməsi: 0,25 mq gündə 2 dəfə hər 12 saatdan bir iki gün ərzində.
Hiperprolaktinemiya ilə bağlı pozulmaların müalicəsi: tövsiyə olunan başlanğıc doza həftədə 0,5 mq təşkil edib birdəfəlik və ya iki dəfəyə və həftənin dördüncü günü qəbul edilə bilər. Müalicəyə tam cavabın alınmasına qədər həkim dozanı artıra bilər. Həftəlik doza müalicəyə cavab reaksiyasından asılı olaraq0,25- 4,5 mq arasında dəyişir.
Koneks preparatını qəbul edən ilk dövürdə pasiyentlərə vəziyyəti dəyişərkən ehtiyatlı olmaq tövsiyə olunur, çünki preparat qan təzyiqini aşağı sala bilər, vəziyyətin dəyişilməsi zamanı başgicəllənmə ilə özünü biruzə verir.
Əlavə təsirləri
Aşağıda sadalanan əlavə təsirlər yaranarsa, preparatın qəbulu dayandırılmalı və dərhal həkimə müraciət edilməlidir:
çox tez-tez qeyd olunan əlavə təsirlər: ürək, ağciyər və retroperitoneal toxuma fibrozu - zəif hissiyat, döş qəfəsi/qabırğa/be/kürək/çanaq ağrıları, hərəkətin pozulması, ayaqların ödemi, təngnəfəslik, tənəffüsün çətinləşməsi, ürək ritminin dəyişilməsi, ürəkdöyünmə hissi.
-Allergik reaksiyalar: dəri səpgiləri, qaşınma, dəridə suluqlar, üzün, dilin, boyun və ətrafların ödemi, təngnəfəslik, bronixal astmanın kəskinləşməsi, anaflaktik şok.
Sadalanan əlavə təsirlər inkişaf edərsə, mümkün qədər tez bir zamanda həkimə müraciət etmək lazımdır:
-aqressivlik, psixi pozulmalar, hallusinasiyalar, arterial təzyiqin aşağı düşməsi, ürəkdöyünmə hissi;
-qan analizi testləri və qaraciyər funksiyalarının nəticələrinin dəyişməsi.
Doza həddinin aşılması
Simptomları: ürəkbulanma, qusma, dispeptik pozulmalar, orastatik hipotenziya, şüurun qarışması/psixoz, hallusinasiyalar.
Doza həddinin aşılması zamanı preparatın xaric olunması üçün köməkçi tədbirlər həyata keçirilməlidir, ehtiyac olduqda arterial təzyiqin sabit saxlanılması üçün tətbir görülməlidir. Dofamin antaqonistlərinin təyin olunması mümkündür.
Preparatı gün ərzində istifadə etmək yadınızdan çıxıbsa, onu kompensasiya etmək üçün ikiqat dopzanı qəbul etməyin.
Rəylər (0)