GÖSTƏRİŞLƏR:
Conavaq vaginal şam müxtəlif infeksiyalar atutulma riskini azaltmaq və sağlam vaginal pH-ı qorumaq
üçün aşağıdakı hallarda istifadə olunur:
- Antibiotik və kontraseptivlərdən uzun müddət istifadə etdikdə;
- Vaginal quruluq və qıcıqlanma, yanma və qaşınma hissi olduqda;
- Menopauza dövründə;
- Bakterial vaginoz və vaginal disbiozlarda;
- Vaginal mukoza təbəqəsinin hidratasiyasını tənzimləmək üçün.
İSTİFADƏ QAYDASI:
- İstifadə etməzdən əvvəl əllərinizi sabunla yaxşı yuyun;
- Vaginal şamı falqadan ehmalca çıxarın;
- Uzanıq vəziyyətdə şamı vaginaya dərin yerləşdirin.
Conavaq vaginal şamı istifadəsindən sonra uşaqlıq yolunu su ilə yumaq olmaz.
Conavaq vaginal şam yatmazdan əvvəl istifadə olunmalıdır:
- Vaginal infeksiyalar zamanı istifadə: 1 şam gündə bir dəfə 10 gün ərzində;
- Cərrahi müdaxilədən sonra istifadə: 1 şam gündə bir dəfə 10 gün ərzində.
ƏLAVƏ TƏSİRLƏR:
Məhsulun tərkibinə daxil olan inqrediyentlərə qarşı allergiya ola bilər.
HAMİLƏLİK VƏ LAKTASİYA:
Hamiləlik və laktaiya zamanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
XƏBƏRDARLIQLAR:
Uşaqların əli çatmayan yerdə saxlayın.Conavaq vaginal şam kontraseptiv vasitə deyil. Vaginal
qıcıqlanma baş verərsə, istifadəsini dayandırmaq və həkimə müraciət etmək tövsiyə olunur.
Xlorheksidin, Hialuron turşusu, Bromelain, Aloe Vera, Sink oksid.
Rəylər (0)