İstifadəsinə göstərişlər:
- neyropatiyalar və polineyropatiyalar;
- nevrit və polinevrit, o cümlədən üz siniri mənşəli;
- nevralgiya, o cümlədən üçlü sinir və qabırğalararası sinirlər mənşəli;
- ağrı sindromu.
Əks göstərişlər:
- preparatın komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq;
- dekompensəolunmuş xroniki ürək çatışmazlığının ağır və kəskin formaları;
- uşaq yaşları.
İstifadə qaydası və dozası:
Kəskin ağrı sindromu zamanı müalicəni dərin əzələdaxili inyeksiya ilə başlamaq məqsədəuyğundur: 5-10 gün ərzində gündə 1 dəfə 2 ml.
Doza həddinin aşılması:
Simptomlar: preparatın çox sürətli yeridilməsi zamanı başgicəllənməsi, aritmiya, qıcolmalar kimi sistem reaksiyalar müşahidə edilə bilər.
Müalicə: simptomatik terapiya aparılır.
Əlavə təsirlər:
Allergik reaksiyalar. Təsadüf hallarda həddən artıq tərləmə, taxikardiya, səpgilər, qaşınma övrə müşahidə edilə bilər.
Rəylər (0)