İstifadəsinə göstərişlər:
Candida albicans törətdiyi vulvovaginit;
Gardnerella vaginalis və anerob bakteriyaların törətdiyi bakterial vaginoz;
Trichomonas vaginalis törətdiyi trixomonad vaginit;
qarışıq vaginal infeksiyalar.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı və ya digər imidazol törəmələrinə qarşı yüksək həssaslıq;
Müalicə zamanı və ya müalicənin qurtarmasından sonra 3 gün ərzində alkoqol istifadəsi;
Müalicə zamanı və ya müalicəyə qədər 2 həftə ərzində disulfiram qəbulu;
Qaraciyar funksiyasının ağır pozulmaları;
Epilepsiya;
Porfiriya;
Hamiləliyin birinci trimestri.
İstifadə qaydası və dozası:
Preparat intravaginal istifadə olunur, gecə 1 şam uşaqlıq yoluna dərinə yeridilir 7 gün ərzində və ya həkimin digər təyinatına uyğun olaraq.
Residivləşən vaginitlər və ya digər növ müalicələrə rezistent vaginitlər zamanı preparatı gecə 1 şam 14 gün ərzində istifadə etmək lazımdır.
Doza həddinin aşılması:
Vaginal istifadəsi zamanı metronidazolun həyati təhlükəli simptomlar yaratması az ehtimal olunur.
Əlavə təsirləri:
Qan və limfatik sistemə: tezliyi məlum deyil - leykopeniya.
İmmun sistem tərəfindən: tezliyi məlum deyil - hiperhəssaslıq reaksiyaları, allergik reaksiyalar.
Sinir sisteminə: tez-tez - başhərlənmə, başağrısı; tezliyi məlum deyil - yorğunluq, zəiflik, ataksiya, qıcolmalar, yüksək dozaların istifadəsi zamanı və/və ya metronidazolun uzunmüddətli istifadəsi zamanı periferik neyropatiya.
Rəylər (0)