İstifadəsinə göstərişlər:
Qulaq damcıları şəklində istifadəyə buraxılan Koldisept nanoSilver tibbi vasitə istənilən çirkin yumşaldılması və xaric edilməsi məqsədi ilə xarici qulaq keçəcəyi kanalına yeritmək və eləcədə, dəri üzərində qoruyucu baryerin formalaşması hesabına bakterial və göbələk mənşəli infeksiyaların törətdikləri xarici qulaq keçəcəyi kanalının iltihabı zamanı nəzərdə tutulmuşdur.
Əks göstərişlər:
Komponentlərə qarşı fərdi dözümsüzlük.
Qulaq pərdəsinin perforasiyası.
İstifadə qaydası və dozası:
Dozalanma rejimi
Qulaq damcıları şəklində istifadəyə buraxılan Koldisept nanoSilver tibbi vasitə - gündə 3 dəfə təyin olunur və iltihab simptomları aradan qalxdıqdan sonra, bir qayda olaraq, minimum ilk 3 gün müddətində istifadə edilir.
İstifadə qaydası
1. Flakon ehtiyatla qızdırılmalıdır.
2. Başı xəstə qulağın əks tərəfinə çevirmək və ya elə uzanmaq lazımdır ki, xəstə qulaq yuxarıya doğru olsun.
3. Xarici qulaq keçəcəyi kanalına 5 damcı maye daxil etmək və həmin vəziyyətdə 3-5 dəqiqə qalmaq lazımdır.
Rəylər (0)