İstifadəsinə göstərişlər:
- D vitamini çatışmazlığının profilaktikası və kompleks müalicəsi
- raxit və raxitəbənzər hallar
- hipokalsiemik tetaniya
- osteomalyasiya
- metabolik osteopatiyalar
- osteoporozun kompleks müalicəsində
Əks göstərişlər:- Kolciferol d məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
- D hipervitaminozu (həddindən artıq D vitamininin qəbulu ilə və ya D vitamininin kumulyasiyası nəticəsində baş verən xəstəlik.Onun simptomlarına iştahanın itməsi, qəbizlik, dumanlı görmə və əzələ zəifliyi aiddir).
- Hiperkalsiemiya (qanda kalsiumun səviyyəsinin yüksəlməsi) və ya hiperkalsiuriya (sidikdə kalsiumun səviyyəsinin yüksəlməsi).
İstifadə qaydası və dozası:Vasitə yemək zamanı və ya yeməkdən dərhal sonra çörəyə damızdırılıb və ya su, südə qatılıb daxilə qəbul olunur.
Yaş: Doza: Qəbul:
1 yaşdan 4 yaşa kimi uşaqlar 2-3 damcı Gündə 1 dəfə
4 yaşdan 14 yaşa kimi uşaqlar 4-6 damcı Gündə 1 dəfə
14 yaşdan yuxarı uşaqlar və böyüklər 8-12 damcı Gündə 1 dəfə
Rəylər (0)