İstifadəsinə göstərişlər:
Şərbət tənəffüs yollarının quru və ya bəlğəmli öskürəklə müşaiyət olunan xəstəlikləri zamanı və H1 - histamin antaqonisti kimi yuxarı tənəffüs yollarının xəstəliklərinin əlamətlərini, məsələn burunda və sinuslardakı ödemi aradan qaldırmaq üçün istifadə edilir.
Əks göstərişlər:
Aşağıdakı hallar sizdə müşahidə olunarsa, preparatı istifadə etməyin:
Preparatın komponentlərinə, opioid qrupunun digər üzvlərinə və ya köməkçi maddələrə qarşı hiperhəssaslıq;
12 yaşdan kiçik uşaqlar;
Müəyyən miqdar morfin qəbul edən şəxslərə kodeinfosfat tərkibli preparatı qəbul etmək məsləhət deyil.
Doza həddinin aşılması:
Doza həddinin aşılması zamanı və ya uşağın təsadüfən preparatı qəbul etməsi zamanı tez bir müddətdə həkimə və ya təcili tibbi yardıma müraciət etmək lazımdır.
Əlavə təsirləri:
Tənəffüs çatışmazlığı, başgicəllənmə, yuxululuq, psixi pozğunluq; Temperaturun qalxması, üzün, boyunun, dilin şişməsi, ürəkgetmə, tər ifrazının artması.
Rəylər (0)