İstifadəsinə göstərişlər:
Essensial hipertenziyanın müalicəsi
- Üç ayrı-ayrı preparat şəklində və ya biri kombinəolunmuş olmaqla iki preparat kimi istifadə olunan amlodipin, valsartan və hidroxlortiazid kombinasiyası ilə arterial təzyiqinə adekvat nəzarət olunan xəstələrdə əvəzedici müalicə kimi essensial hipertenziyanın müalicəsi.
Əks göstərişlər:
Təsiredici maddələrə, digər sulfonamidlərə, dihidropiridin törəmələrinə və ya preparatın istənilən köməkçi maddəsinə qarşı yüksək həssaslıq.
- Hamiləlik.
- Qaraciyər çatışmazlığı, xolestaz.
- Ağır böyrək çatışmazlığı və dializ keçirən xəstələr.
- Peraparatın tərkibinə hidroxlortiazid daxil olduğu üçün Ko-Vamloset anuriyalı xəstələrə əks göstərişdir.
- 2-ci tip şəkərli diabeti olan xəstələrdə angiotenzin II reseptorlarının antaqonistlərinin, o cümlədən valsartanın və ya angiotenzin-çevirici fermentin inhibitorlarının aliskiren ilə yanaşı istifadəsi.
İstifadə qaydası və dozası:
Ko-Vamloset preparatının tövsiyə olunan dozası gündə 1 tabletdir. İkikomponentli müalicə ilə arterial təzyiqinə adekvat nəzarət oluna bilməyən xəstələr birbaşa Ko-Vamloset preparatı ilə kombinə olunmuş müalicəyə keçə bilər.
Ko-Vamloset preparatının iki komponentinin hər hansı kombinasiyasının istifadəsi zamanı dozadanasılı əlavə təsirlər müşahidə edilən xəstələr arterial təzyiqin analoji enməsini əldə etmək üçün tərkibində bu komponentin az dozası olan, Ko-Vamloset preparatına keçə bilər.
Doza həddinin aşılması:
Amlodipin/valsartan/hidroxlortiazidin doza həddinin aşılması barədə məlumat azdır.
Əlavə təsirləri:
Amlodipin/valsartan/hidroxlortiazid barədə məlumat
Amlodipin/valsartan/hidroxlortiazidin təhlükəsizlik profili Ko-Vamloset istifadəsinə dair klinik tədqiqatlarda alınan nəticələrə və ayrı-ayrı komponentlərin məlum təhlükəsizlik profilinə əsaslanır.
Ayrı-ayrı komponentlərdən hər hansı biri ilə bağlı məlumat verilmiş əlavə təsirlər Ko-Vamloset preparatının qəbulu zamanı baş verə bilər
Amlodipin
Amlodipinə monoterapiya ilə bağlı məlumat verilmiş əlavə təsirlər aşağıdakılardır.
Qan və limfa sisteminə: çox nadir - trombositopeniya, leykositopeniya;
İmmun sisteminə: çox nadir - allergik reaksiyalar.
Rəylər (0)