İstifadəsinə göstərişlər :
- Preparata həssas ştammlar tərəfindən törədilən dermatofitiyalar (ayq və əlin, hamar dərinin mikozları), kandidoz zədələnmələr, rəngarəng (kəpəklənən) dəmrov, eritrazmalar;
- Aspergillus cinsindən olan göbələklərin törətdiyi dəri zədələnmələri;
- Piodermiyalar, həmçinin onun qanqrez forması, səthi follikullit, furunkulyoz, sikoz, paronixiyalar, infeksiyalaşmış sivilcə və seboreyalı dermatit;
- Göbələk və bakterial etiologiyalı ekzemalar
, dərinin göbələk və virus infeksiyalarında ikincili bakterial infeksiyalaşması;
- İnfeksiyalaşmış yaralar.
Əks göstərişlər :
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; hamiləlik və laktasiya dövrü; uşaq yaşları.
İstifadə qaydası və dozası :
Klotreks məlhəmi böyüklərdə istifadə olunur, dərinin zədələnmiş sahəsinə nazik təbəqə şəklində gündə 2-3 dəfə sürtülür. Zədələnmiş sahəyə okklüzion sarğı oluna və ya açıq halda saxlana bilər. Müalicə kursu xəstəliyin gedişinin ağırlıq dərəcəsindən və zədələnmiş səthin sahəsindən asılıdır və orta hesabla 2 həftədən 4 həftəyə qədər davam edir. Dəri xəstəliyinin ağır gedişi zamanı müalicə 5-6 həftəyə qədər uzadıla bilər.
Rəylər (0)