İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- qeyri-revmatik təbiətli iltihablar zamanı ağrı sindromu
- oynaqların və onurğanın iltihabi və degenerativ xəstəlikləri
- nevritlər və nevralgiyalar
- kəskin podaqralı artrit
Yumşaq toxumaların revmatik zədələnməsi.
ƏKS GÖSTƏRİŞLƏR:
- preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq
- mədə-bağırsaq qanaxmaları
- kəllədaxili qanaxmaları
- burun və burunətrafı boşluqların selikli qişasının polipozu ilə residivləşən tam və natamam bronxial astmanın birləşməsi və asetilsalisil turşusunun və digər QSİƏP-ə qarşı dözümsüzlük
- laxtalanmanın pozulması
- ağır qaraciyər çatışmazlığı
- qaraciyərin aktiv xəstəlikləri
- ağır dərəcəli böyrək çatışmazlığı
- böyrəklərin proqressivləşən xəstəlikləri
- ağır ürək çatışmazlığı
- 12 yaşa qədər uşaqlar
- hamiləlik və laktasiya dövrü
- təsdiq edilmiş hiperkaliemiya
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Klodifen Neyro kapsulları yemək vaxtı, çeynəmədən və bir xeyli miqdarda maye ilə daxilə qəbul edilməlidir.
Preparat böyüklərə müalicənin əvvəlində sutkada 3 dəfə 1 kapsul, dəstəkləyici dozada sutkada 1-2 dəfə 1 kapsul təyin edilir.Terapiyanın müddəti xəstəliyin xarakterindən və ağırlığından asılıdır.
ƏLAVƏ TƏSİRLƏRİ:
Həzm sistemində baş verən pozğunluqlar: tez-tez-abdominal ağrılar, köpmə hissi, ürəkbulanma, qəbizlik, meteorizm, qaraciyər fermentlərinin səviyyəsinin artması: bəzən-stomatit, selikli qişaların quruluğu, iştahanın dəyişməsi.
Qanyaradıcı orqanlarda baş verən pozğunluqlar: bəzən-anemiya, leykopeniya, trombositopeniya, eozinofiliya, aqranulositoz, trombositopenik purpura.
DOZA HƏDDİNİN AŞILMASI:
Simptomları:
Qusma, başgicəllənmə, başağrı, təngənəfəslik, şüurun dumanlanması: uşaqlarda-mioklonik qıcolmalar, ürəkbulanma, abdominal ağrı, qanaxma, qaraciyər və böyrəklərin funksiyasının pozulması.
Müalicəsi:
Mədənin yuyulması, aktivləşdirilmiş kömürün qəbulu.Simptomatik terapiya, sürətləndirilmiş diurez tətbiq edilir.Hemodializ az effektlidir.
SAXLANMA ŞƏRAİTİ:
25 C-dən yüksək olmayan temperaturda, rütubətdən və işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
APTEKDƏN BURAXILMA ŞƏRTİ:
Resept əsasında buraxılır.
İSTEHSALÇI:
Böyük Britaniya.
Rəylər (0)