İstifadəsinə göstərişlər:
Klobetazol yerli istifadə üçün çox yüksək aktivliyə malik kortikosteroiddir.
Psoriaz, davamlı dermatozlar, qırmızı yastı dəmrov, diskoid qırmızı qurdeşənəyi və daha az aktivlik göstərən qlükokortikoidlərlə müalicəyə rezistent olan digər dəri xəstəlikləri.
Əks göstərişlər:
Çəhrayı sızanaqlar, adi sızanaqlar, perioral dermatit, perianal və genital qaşınma, dərinin ilkin virus infeksiyaları, göbələklər və bakteriya törətdiyi ilkin dəri infeksiyaları.
İstifadə qaydası və dozası:
Məlhəm gündə 1 və ya 2 dəfə zədələnmiş nahiyəyə çəkilir. Xəstənin vəziyyətinin təkrar qiymətləndirilməsi olmadan müalicəni 4 həftədən artıq davam etdirmək olmaz.
Doza həddinin aşılması:
Kəskin doza həddinin aşılması zamanı azdır; xroniki doza həddinin aşılması zamanı və ya preparatdan düzgün istifadə edilmədikdə hiperkortisizm əlamətləri əmələ gələ bilər.
Əlavə təsirləri:
Çox nadir: opportunistik inyeksiyalar.
İmmun sisteminə
Çox nadir: yerli hiperhəssaslıq, yayılmış səpgi.
Rəylər (0)