İstifadəsinə göstərişlər:
Dərman vasitəsi, aşağıda göstərilən, yüngül dərəcəli və ya orta dərəcəli ağrının qısamüddətli simptomatik müalicəsinə istifadə olunur:
- baş ağrısı;
- diş ağrısı;
- menstrual ağrılar;
- əzələlərin, vətərlərin, bağların əhəmiyyətli olmayan gərilməsi və cırılmasından sonra yaranan ağrı.
Dərman vasitəsi böyüklərdə və 16 yaş və daha yuxarı yeniyetmələrdə istifadə üçün göstərişdir.
Əks göstəriş:
- Anamnezdə bronxial astma.
- Aktiv peptik xora və ya mədə-bağırsaq qanaxmaları, anamnezdə xoralar və ya perforasiyalar.
- Xron xəstəliyi və ya xoralı kolit.
- Ağır ürək çatışmazlığı.
İstifadə qaydası və dozası:
Dozalar
Böyüklər və 16 yaşdan yuxarı yeniyetmələr:
- 25 mq ketoprofen gündə 1-3 dəfə və ya
- 50 mq ketoprofen gündə 1-2 dəfə.
Qəbul arası interval 8 saatdan az olmamalıdır.
Doza həddinin aşılması:
Bir çox hallarda müşahidə olunan simptomlar yüngül dərəcəli olmuş və tormozlanma, yuxululuq, ürəkbulanma, qusma və epiqastral nahiyədə ağrı ilə məhdudlaşmışdır.
Əlavə təsirləri:
Qan və limfa sistemində baş verən pozğunluqlar
Nadir: Posthemorragik anemiya
Tezliyi məlum deyil: Arqanulositoz, trombositopeniya, sümük iliyinin çatışmazlığı, hemolitik anemiya, leykopeniya.
İmmun sistemində baş verən pozğunluqlar
Tezliyi məlum deyil: anafilaktik reaksiyalar, ağız boşluğu selikli qişanın ödemi.
Rəylər (0)