Ağ rəngli, ikitərəfli qabarıq tabletlər .Uzunmüddətli təsir göstərən tabletlərin tərkibində modifikasiya ilə azad olunan qranul şəklində ketoprofen vardır.
İstifadəsinə göstərişlər:
-Revmatik xəstəliklərin müxtəlif növlərinin müalicəsi :
- Revmatoid artrit ;
- seroneqativ spondiloartrit ( ankilozlaşdırıcı spondilit,psoriatik artrit və postinfeksion reaktiv artrit ); - podaqra , psevdopodaqra; - osteoatrit ;
- oynaqdan kənar revmatizm ( tendinit, bazu oynağında bursit və kapsulit). Müxtəlif mənşəli ağrıları zəiflədir :
- posttravmatik ağrı
- əməliyyat sonrası ağrılar (məs.ortopedik əməliyyatdan sonra ağrı) -xərçəng xəstəliyi olan pasiyentlərdə sümük metastazaları nəticəsində əmələ gələn ağrılar; - menstruasiya zamanı ağrılar
Əks göstərişlər:
Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:Tövsiyə edilən doza
Böyüklər və 15 yaşdan böyük uşaqlarda gündə 1 tablet təşkil edir.
Ketoprofenin maksimal sutkalıq dozası 200 mq təşkil edir.Sutkada 200 mq-lı dozalarla ketoprofen ilə müalicəyə başlamazdan əvvəl dəyər və potensial riski ciddi qiymətləndirmək lazımdır.
Uşaqlarda istifadə edilmir.
Təsiredici maddə: Uzunmüddətli təsir göstərən hər bir tabletin tərkibində 150 mq ketoprofen vardır.
Köməkçi maddələr: maqnezium-stearat ,kolloidal susuz silisium 4 –oksid ,povidon ,mikrokristallik sellüloza E460 ,hipromelloza E464 .
Rəylər (0)