İstifadəsinə göstərişlər:
Ketonal krem yerli müalicə üçün istifadə edilir:
- əzələ və oynaqlarda ağrı, idman travmalarından sonra ödemlər və posttravmatik ağrı halları (vətər birləşdirici toxumaların zədələnmələri kimi);
- həddindən artıq fiziki gərginliklə törədilmiş əzələ ağrıları;
- bel nahiyəsində və oynaqların degerenativ xəstəliklərində ağrı və iltihab;
Əks göstərişlər:
Aşağıdakı hallarda Ketonal kremindən istifadə etməyin.
- əgər sizdə işığa qarşı həssaslıq əmələ gələ bilərsə;
- əgər sizdə ketoprofenə, fenobarbitala və tiaprofen turşusuna allergitanız varsa;
- əgər sizin dərinizdə dəyişiklik müşahidə olunursa və ya zədə varsa, məs., ekzema (qaşınan, qırmızı, yandırıcı səpgi), civzə, açıq yaralar və ya infeksion zədələnmələr;
- əgər dar paltar geyinirsinizsə;
- əgər hamiləliyin 3-cü trimestri dövründəsinizsə;
- əgər 15 yaşdan cavansınızsa;
İstifadə qaydası və dozası:
Böyüklər və 15 yaşdan yuxarı uşaqlar
Ketonal kremi gündə 2 dəfə zədələnmiş nahiyəyə yaxılır və yüngülcə dəriyə sürtülür.Doza zədələnmiş nahiyənin ölçüsünə görə seçilməlidir.
Ketonal kremini selikli qişalara, anal dəlik nahiyəsinə, genitaliyə və gözətrafı dəriyə sürtmək olmaz.Kremin gözə düşməsinə yol verilməməlidir.
Rəylər (0)