İstifadəsinə göstərişlər:
- Dayaq-hərəkət aparatının xəstəlikləri (revmatizm və podaqranın kəskinləşməsi zamanı oynaq sindromu, revmatoid artrit, psoriatik artrit, osteoartroz, kökcük sindromu ilə müşayiət olunan osteoxondroz, radikulit, bağların iltihabı zədələnməsi, bursit, işiaz, lümbaqo);
- Revmatik və ya qeyri - revmatik mənşəli əzələ ağrıları;
- Yumşaq toxumaların və dayaq - hərəkət aparatının posttravmatik itihabı.
Əks göstərişləri:
- Ketoprofenə və ya dərman vasitəsinin tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
- QSİƏP-a qarşı yüksk həssaslıq;
- Ketoprofen, tiaprofen turşusu, fenofibrat və ya parfümlərə qarşı dəri reaksiyası olanlarda;
- fotosensibilizasiya reaksiyası olan xəstələrdə;
- sulanan dermatozlar;
- ekzema;
- infeksiyalaşmış yaralar, açıq yaralar;
- hamiləlik;
- laktasiya dövrü;
- Müalicə müddətində və sonrakı 2 həftə ərzində solarium daxil olmaqla, hətta buludlu havadabelə günəş şualarına məruz qalınmamalıdır.
- Selikli qişalara, genital və anal nahiyələrə, gözlərə istifadə olunmamalıdır.
- Qapalı sarğı altında istifadə olunmamalıdır.
İstifadə qaydası və dozası:
Yalnız xaricə istifadə üçün!
4-6 sm uzunluqda gel yüngül masaj hərəkətləri ilə dərinin ağrılı və iltihablaşmış nahiyəsinə sürtülür. Həkim məsləhəti olmadan istifadə müddəti 7 gündən çox olmamalıdır.
Rəylər (0)