FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Sakitləşdirici, büzücü, ödqovucu, sidikqovucu, mikrobəleyhinə, qurdqovucu, iltihab əleyhinə xüsusiyyətləri vardır. Maddələr mübadiləsini və həzmi normallaşdırır, qanda şəkərin miqdarını aşağı salır.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞ:
Kasnı otunun dəmləməsi qastritdə, qastroenteritdə, xolesistitdə, şəkərli diabetdə, nefritdə və qurd invaziyalarında, daxilə qəbul olunur. Dəri səpkilərində, civzələrdə, irinli yaralarda, ekzema və uşaqlarda diatez olduqda xaricə istifadə olunur.
İSTİFADƏ QAYDASI:
1 çay qaşığı xammalın üzərinə 200 ml qaynar su tökülür, 15 dəqiqə dəmlənir, süzülür. Gündə 2-3 dəfə yeməkdən əvvəl 100 ml daxilə qəbul olunur. Xaricə istifadə üçün 20 qr xammalı 500 ml qaynar suda dəmləmək lazımdır.
Rəylər (0)