İstifadəsinə göstərişlər:
Miokard, işemik insult keçirən və ya periferik arteriyaların xəstəliklərindən əziyyət çəkən yetkin yaşlı pasiyentlərdə aterorombotik pozğunluqların profilaktikası.
Kəskin koronar çatışmazlıq sindromu qeyd olunanyetkin yaşlı pasiyentlərdə aterotrombotik pozğunluqların profilaktikası:
-asetilsalisil turşusu ilə kombinasiyada perkutan koronar müdaxilənin gedişində stentləşməyə məruz qalan pasiyentlər daxil olmaqla, ST seqmentinin yüksəlməsi qeyd olunmayan kəskin koronar çatışmazlığı sindromu;
-AST ilə kombinasiyada trombolitik müalicənin aparılması üçün müvafiq medikamentoz müalicə qəbul edən pasiyentlərdə ST seqmentininin yüksəlməsi ilə müşayiət olunan kəskin miokard infarktı.
-damarlarla əlaqəli vəziyyətlərin baş verməsi üçün ən azı bir risk faktoruna malik olan, K vitamininin antaqonistlərinə qarşı dözümsüzlük qeyd olunan və baş beyin insultu daxil olmaqla, aterotrombotik və tromboembolik vəziyyətlərin qarşısının alınması üçün qanaxma riski aşağı olan səyriyən aritmiyadan əziyyət çəkən yetkin yaşlı pasiyentlərdə, AST ilə kombinasiyada.
Əks göstərişlər:
preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
kəskin qaraciyər çatışmazlığı,
kəskin qanaxma,
hamiləlik və laktasiya dövrü.
İstifadə qaydası və dozası:
Miokard infarktı, işemik insult və ya periferik arteriyaların xəstəliyi zamanı: karum-sanovel sutkada 1 dəfə 75 mq dozada təyin olunur.
75 yaşdan yuxarı xəstələrin Karum-sanovellə müalicəsini yükləmə dozası olmadan başlamaq lazımdır. Qarışıq terapiyaya simptomlar yarandıqdan sonra mümkün qədər tez başlanılır və ən azı 4 həftə ərzində davam etdirilir. Bu göstəriş zamanı klopidoqrel və asetilsalisil turşusunun birgə qəbulunun effektivliyi öyrənilməyib.
Rəylər (0)