İstifadəsinə göstərişlər:
- Essensial hipertoniya.
- Renovaskulyar hipertoniya.
- Sol mədəciyin asimptomatik disfunksiyası olan pasiyentlərdə ürək çatışmazlığının profilaktikası.
- Xroniki ürək çatışmazlığı
Əks göstərişləri:
- Enalapril maleata və preparatın komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq.
- Anamnezdə daha əvvəl AÇF inhibitoru qəbulu ilə bağlı angionevrotik ödəmin yaranması.
- Hamiləlik və laktasiya dövrü.
- Angioödem riskinin artması səbəbindən sakubutril/valsartan ilə kombinasiyadan çəkinmək lazımdır. Karlon sakubutril/valsartan kombinasiyasından 36 saat sonra və ya əvvəl qəbul etməyin.
İstifadə qaydası və dozası:
Karlon tabletləri daxilə qəbul edilir.Qida qəbulu mədə-bağırsaq traktında sorulmasına təsir etmir.
Hipertoniyanın müalicəsi;
Başlanğıc doza; gündə 1 dəfə 5 mq. Hipertoniyanın dərəcəsindən asılı olaraq başlanğıc doza 5 mq-dan 20 mq-a qədərdir.Karlon gündə 1 dəfə istifadə olunur.
Diuretik qəbul edən xəstələr;
Karlon tabletləri ilə müalicəyə başlamazdan 2-3 gün əvvəl diuretikin qəbulu dayandırılır, çünki bu xəstələrdə duz və maye həcminin çatışmazlığı meydana çıxa bilər.
Dializdə olan xəstələr;
Başlanğıc doza, dializ günləri üçün 2,5 mq təşkil edir, dializ olmayan günlərdə isə doza alınacaq cavaba əsasən təyin edilir.
Durğun ürək çatışmazlığı olan xəstələrdə;
Karlon tabletləri, diuretik və üskükotu preparatları ilə müalicəyə əlavə olaraq istifadə edilə bilər.Başlanğıc doza gündə 2,5mq-dır.
Sol mədəciyin asimptomatik disfunksiyası;
Başlanğıc doza 2,5 mq-dır.
Uşaqlarda istifadəsi;
karlon preparatının başlanğıc dozası kütləsi 20 mq-dan <50 kq-a qədər olan pasiyentlərdə 2,5mq və kütləsi >50 kq pasiyentlərdə 5 mq təşkil edir.
Hamiləlik və laktasiya dövrü:
Hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət görülmür.
Rəylər (0)