İstifadəsinə göstərişlər:
- Epilepsiya;
- İkincili yayılmış və ya onsuz çətin və ya sadə parsial qıcolma tutmaları
- Yayılmış tonik - klonik qıcolma tutmaları;
- Qarışıq formalı qıcolma tutmaları;
Karbamazepini monoterapiya qismində olduğu kimi kombinəolunmuş terapiyanın tərkibində də istifadə etmək olar.
- Kəskin maniakal vəziyyət; ağırlaşmanın profilaktikası və ya aşırlaşmanın klinik təzahürünün zəifləməsi məqsədilə biopolyar affektiv pozuntular zamanı dəstəkləyici terapiya.
- Alkoqol abstinensiyası sindromu.
- Dağınıq skleroz zamanı üçlü sinirin idiopatik nevralgiyası və üçlü sinirin nevralgiyası.
- Dil - udlaq sinirinin idiopatik nevralgiyası.
Əks göstərişləri:
- Preparatın istənilən komponentinə və ya kimyəvi cəhətdən oxşar dərman vasitələrinə qarşı hiperhəssaslıq;
- atrioventrikulyar blokada;
- sümük iliyinin zəifləməsi olan pasiyentlər;
- anamnezində qaraciyər porfiriyası;
- monoaminoksidazanın inhibitorları ilə kombinasiya.
İstifadə qaydası və dozası:
Karbamazepin peroral istifadə üçün nəzərdə tuulmuşdur; adətən, preparatın sutkalıq dozası 2 və ya 3 dəfəlik qəbula bölünür.Preparat qida qəbulu zamanı, yeməkdən sonra və ya qida qəbulu arasında bir qədər maye, məsələn, bir stəkan su ilə birlikdə qəbul edilə bilər.
Böyüklər - preparatın tövsiyə olunan başlanğıc dozası sutkada 1 - 2 dəfə 100-200 mq təşkil edir.Daha sonra, preparatın dozası optimal effekt əldə olunana qədər tədricən artırılmalıdır.əksər hallarda doza 800 - 1200 mq təşkil edir. Bəzi pasiyentlərdə preparatın sutkada 1600 mq-a və ya hətta 2000 mq-a qədər dozalarının istifadəsi tələb oluna bilər.
Yaşlı pasiyentlər - yaşlı pasiyentlərdə dərman preparatları arasında qarşılıqlı təsirlərin mövcudluğunu nəzərə alaraq, preparatın dozası ehtiyatla seçilməlidir.
Uşaqlar - preparatın istifadəsini 100 mq/sutkada dozadan başlamaq olar; doza tədricən hər həftə 100 mq artırilmalıdır.
5 - 10 yaş - 400 - 600 mq (2-3 dəfəyə qəbul edilir)
10 - 15 yaş - 600 - 1000 mq (2-5 dəfəyə qəbul edilir)
Rəylər (0)