İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- Qan
təzyiqi kandesartan sileksetil və ya hidroxlorotiazidin monoterapiyası ilə
optimal nəzarət olunmayan xəstələrdə hipertoniyanın müalicəsi üçün Kantab Plyus göstərişdir.
ƏKS GÖSTƏRİŞLƏR:
-
aktiv maddəyə və ya hər hansı köməkçi vasitələrə və ya sulfonamid törəmələri olan aktiv maddələrə qarşı yüksək həssaslıq.Hidroxlorotiazid sulfonamid törəməsindən olan aktiv maddədir.
- hamiləliyin ikinci və üçüncü trimestri.
- ağır böyrək çatışmazlığı.
- ağır qaraciyər çatışmazlığı və\və ya xolestaz.
- refrakter hipokaliemiya və hiperkalsiemiya.
- podaqra xəstəliyi.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:
Hamiləlik.
Angiotenzin II reseptorlarının antaqonistləri.
Hidroxlorotiazid.
Hamiləlik dövründə, xüsusilə birinci trimestr ərzində hidroxlorotiazidin istifadəsi ilə bağlı məlumatlar məhduddur.Heyvanlar üzərində tədqiqatlar kifayət qədər deyil.
Laktasiya.
Angiotenzin II reseptorlarının antaqonistləri.
Laktasiya dövründə Kantab Plyus-un istifadəsi ilə
bağlı heç bir məlumat mövcud olmadığından, Kantab Plyus tövsiyə edilmir və laktasiya dövründə daha yaxşı təhlükəsizlik profili müəyyən edilmiş alternativ müalicə üsulları, xüsusilə də yeni və ya erkən doğulmuş körpələrin ana südü ilə qidalandırılması zamanı daha üstün hesab edilirlər.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Peroral istifadə.
Kantab Plyus qida ilə və ya qidasız qəbul edilə bilər.
Dozalanma.
Kantab plyus-un tövsiyə olunan dozası gündə bir dəfə
bir tablet təşkil edir.
Ayrı-ayrı komponentlər ( kandesartan sileksetil və hidroxlorotiazid
) ilə dozanın titrasiyası tövsiyə olunur.Klinik cəhətdən məqsədə uyğundursa monoterapiyadan Kantab Plyus ilə müalicəyə keçmə nəzərdə tutula
bilər.Hidroxlorotiazidlə monoterapiyadan kandesartan sileksetilə keçid zamanı
dozasının titrasiyası tövsiyə olunur.Kandesartan sileksetil və ya hidroxlorotiazidlə monoterapiya zamanı qan təzyiqinə optimal nəzarət əldə olunmayan xəstələrə Kantab Plyus təyin oluna bilər.
Yaşlı əhali.
Yaşlı xəstələrdə dozanın korreksiyasına ehtiyac yoxdur.
Uşaqlarda istifadəsi.
Kantab Plyus-un 18 yaşa qədər olan uşaqlarda istifadəsi zamanı təhlükəsizliyi və effektivliyi müəyyyən edilməmişdir.Məlumatlar mövcud deyil.
DOZA HƏDDİNİN AŞILMASI:
Simptomları.
Farmakoloji mülahizələr əsasında kandesartan sileksetil ilə doza həddinin aşılmasının əsas təzahürü çox güman ki,
simptomatik hipotenziya və başgicəllənmə olur.
Hidroxlorotiazidin doza həddinin aşılmasında başgicəllənmə, hipotonita, susuzluq hissi, taxikardiya, mədəcik aritmiyası,
sedativ\şüurun pozulması və əzələ spazmı kimi simptomlar müşahidə edilə bilər.
Müalicəsi.
Kantab Plyus-la doza həddi aşıldıqda hər hansı
spesifik müalicə mövcud deyil.Lakin doza həddi aşıldıqda aşağıdakı tədbirlər məsləhət görülür.Göstəriş olduğu halda, qusmanın stimulyasiyası və ya mədənin yuyulması həyata keçirilməlidir.Pasiyent beli üstə qoyulmalı və ayaqları qaldırılmalıdır.Bu kifayət olmadığı halda, plazmanın həcmi natrium xloridin
izotonik məhlulları ilə infuziya yolu ilə artırılmalıdır.Ehtiyac olduqda zərdab elektrolitləri və turşu balansı yoxlanılmalı və düzəlişlər edilməlidir.Yuxarıda qeyd olunan tədbirlər effektiv olmadıqda, simpatomimetik dərmanlar yeridilə bilər.
Kandesartan hemodializ ilə xaric oluna
bilməz.Hidroxlorotiazidin nə dərəcədə hemodializ ilə çıxarılması məlum deyil.
SAXLANMA ŞƏRAİTİ:
25C-dən aşağı temperaturda orijinal qutusunda və
uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
APTEKDƏN BURAXILMA ŞƏRTİ:
Resept əsasında buraxılır.
İSTEHSALÇI:
Türkiyə.
Rəylər (0)