İstifadəsinə göstərişlər:
Yetkin insanlarda hipertoniyanın müalicəsi üçün.
Ürək çatışmazlığı və sol mədəciyin sistolik disfunksiyası olan yetkin insanlarda angiotenzinçevirici fermentin inhibitorlarına əlavə terapiya kimi və ya AÇF inhibitorlarına dözümlülük yaxşı olmadıqada.
Əks göstərişlər:
Kandesartan sileksetilə və ya köməkçi maddələrin hər hansı birinə qarşı yüksək həssaslıq.
Hamiləliyin ikinci və üçüncü trimestri.
Ağır qaraciyər çatışmazlığı və/və ya xolestaz.
İstifadə qaydası və dozası:
Kantab* qida qəbulundan asılı olmayaraq gündə bir dəfə qəbul edilməlidir.
Kantab-ın tövsiyə edilən başlanğıc və dəstəkedici dozası gündə bir dəfə 8 mq təşkil edir.
Doza həddinin aşılması:
Farmakoloji göstəriciləri nəzərə alaraq doza həddinin aşılması simptomatik hipotenziya və başgicəllənmə kimi simptomlarla özünü göstərə bilər.
Əlavə təsirləri:
Tez-tez: tənəffüs infeksiyaları.
Çox nadir: leykopeniya, neytropeniya və aqranulositoz.
Çox nadir: hiperkaliemiya, hiponatriemiya.
Rəylər (0)