İstifadəsinə göstərişlər:
Postmenopauzal və yaşlanma ilə əlaqədar osteoporozların müalicə və profilaktikası məqsədi ilə.
Kalsium və D3 vitamininin çatışmazlığının bərpası məqsədi ilə.
Əks göstərişlər:
Hiperkalsiemiya, hiperkalsiuriya, nefrolitiaz, D3 vitaminin hipervitaminozu, preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklərdə: Osteoporozun profilaktikası üçün 1 tabletdən gündə 1-2 dəfə təyin edilir. Kalsium və D vitamininin defisitinin bərpası məqsədi ilə:
14 yaşdan yuxarı uşaqlarda və böyüklərdə gündə 1-2 tablet təyin olunur.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin
Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
Rəylər (0)