İstifadəsinə göstərişlər:
Kalserol preparatı böyrək osteodistrofiyası olan pasiyentlərdə kalsium və fosfat mübadiləsinin pozulmasının korreksiyası üçün göstərilir. Kalserol preparatı həmçinin postmenopauza osteoporozun müalicəsi üçün göstərilir.
Əks göstərişlər:
-hiperkalsiemiya ilə əlqəli bütün xəstəliklər,
-metastatik kalsifikasiya əlamətləri olan pasiyentlərdə,
-Kalserola və onun tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı məlum hiperhəssaslığı olan pasiyentlərdə,
-D vitaminin toksikliyinin əlamətləri olduqda.
İstifadə qaydası və dozası:
Kalserol preparatının dozası hiperkalsiemiyadan qaçınmaq üçün hər bir pasiyent üçün bioloji reaksiyaya uyğun olaraq diqqətlə seçilməlidir.
Müalicənin effektivliyi qismən gündəlik adekvat kalsium qəbulundan asılıdır, bu da lazım olduqda pəhriz dəyişiklikləri və ya əlavələrin qəbulu ilə artırılmalıdır. Kapsullar az miqdarda su ilə udulmalıdır.
Rəylər (0)