İstifadəsinə göstərişlər:
Osteoporoz və digər kalsium çatışmazlığı hallarının profilaktikası.
Kalsium və D vitamininin çatışmazlığı diaqnozu zamanı osteoporozun kompleks müalicəsində.
50 yaşdan yuxarı şəxslərdə kalsium çatışmazlığı zamanı müxtəlif lokallığa malik sınaqların riskinin azaldılması və onların kompleks müalicəsində.
Əks göstərişlər:
Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara: qida qəbulu zamanı gündə 1-2 dəfə 1 tablet tövsiyə olunur.
Doza həddinin aşılması:
Gün ərzində 2500 mq kalsium və 4000 Bv D vitamininin qəbulundan daha artıq dozada kalsium və D vitamininin qəbulu zəhərlənməyə gətirib çıxara bilər.
Əlavə təsirləri:
Mədə bağırsaq sisteminə: qarında ağrılar, dispepsiya, qəbizlik, diareya, meteorizm, ürək bulanma.
İmmun sisteminə: allergik reaksiyalar, o cümlədən də, anafilaktik reaksiyalar, anafilaktik şok.
Rəylər (0)