İstifadəsinə göstərişlər:
Sümüklər, dişlər, əzələlərin sağlamlığını qorumaq üçün kalsium əlavəsi kimi istifadəsi ilə yanaşı Kalcina tabletləri kalsiumun oral şəklində qəbulunun artırılması və eyni zamanda D3 vitamininin kalsiumun mənimsənilməsini artırmaq kimi təsirindən faydalanmaq arzu olunduqda, məsələn, osteopeniya və osteoporozun qarşısının alınması və müalicəsi üçün, menopoz zamanı, xroniki böyrək çatışmazlığında mineral-vitamin əlavəsi kimi tövsiyə olunur.
Əks göstərişlər:
Kalcina tabletləri birincil hiperparatiroidizm, metostatik hiperkalsemiya, çoxsaylı mieloma kimi xəstəliklərdə, həmçinin hiperkalsiuriya, sidik daşı xəstəliyi, sarkoidoz, böyrəklərin kəskin və xroniki xəstəlikləri və böyrək çatışmazlığında istifadəsi əks göstərişdir.
İstifadə qaydası və dozsası:
14 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 1 tablet gündə 1 dəfə daxilə qəbul edilir. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Rəylər (0)