İstifadəsinə göstərişlər:
Kalsi D-Denk,kalsium və D vitamini çatışmazlığının müalicəsində istifadə olunan mineral və vitamin kompleksi preparatıdır və aşağıdakı hallarda təyin olunur:
-eyni vaxtda kalsium və D vitamini çatışmazlığı olan pasiyentlərdə osteoporozun (sümük kütləsinin azalması ilə müşayiət olan skelet pozğunluğu) müalicəsinə əlavə olaraq.
-yaşlılarda eyni vaxtda kalsium və D vitamini çatışmazlığının korreksiyası.
Əks göstərişlər:
-Kalsium ,D vitamini, soya, yerfındığı və ya preparatın hər hansı bir komponentə qarşı yüksək həssalıq("Tərkibi" bölməsinə baxın).
-kalsiumun qanda və ya sidikdə həddindən artıq yüksək səviyyələri.
-böyrək daşları və ya kalsiumun böyrəklərdə depolaşması.
-böyrək funksiyasının ağır pozğunluqları.
-D vitaminin qanda hddindən artıq yüksək səviyyəsi.
-Hərəkətsiz ətraflı və ya uzun müddət immobilizasiya olan pasiyentlərdə qanda və ya sidikdə çox yüksək kalsiumun səviyyələri.
İstifadə qaydası və dozası:
Preparatı həmişə həkiminizin tövsiyə etdiyi kimi istifadə edin.Əmin olmadığınız halda həkiminizə və ya əczaçınıza müraciət edin.Tövsiyə olunan doza gündə bir tabletdir.Tablet bir stəkan suda (200 ml) həll edilir.Müalicə müddəti həkim tərəfindən təyin edilir.Kalsiumun çatışmazlığı və osteoporoz xəstəliyində uzunmüddətli müalicə tələb olunur.
Kalsi D-Denk preparatının istifadəsi unudularsa:
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir.
Kalsi D-Denk ilə müalicə dayandırılarsa:
Preparatın qəbulunu həkiminizlə məsləhətləşmədən dayandırmaq olmaz.Preparatın qəbulunu vaxtından əvvəl dayandırdıqda ,müalicə müvəffəqiyyətsiz ola bilər.Xəstəliyin simptomları ağırlaşa və ya qayıda bilər.Bu dərman preparatının istifadəsi ilə bağlı suallarınızı yarandıqda,həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Rəylər (0)