İstifadəsinə göstərişlər:
İrdapin Plyus essensial hipertenziyanın müalicəsində istifadə olunur.
Əks göstərişlər:
Təsiredici maddəyə qarşı, köməkçi maddələrdən hər hansı birinə qarşı və ya sulfonamid törmələri olan maddələrə və ya dihidropiridinlərə qarşı hiperhəssaslıq.
Hamiləlik.
Laktasiya.
Ağır dərəcəli böyrək çatışmazlığı.
Şəkərli diabet və ya böyrək çatışmazlığı olan xəstələrdə angiotenzin II reseptorlarının blokatorları və ya angiotenzin çevirici fermentinin inhibitorlarının aliskiren ilə birgə istifadəsi əks göstərişdir.
Ağır dərəcəli hipotoniya.
Şok.
Sol ventrikulyar çıxış yolunun obstuksiyası.
Miokard infarktından sonra qeyri-stabil hemodinamik ürək çatışmazlığı.
İstifadə qaydası və dozası:
İrdapin Plyus hər gün qida qəbulundan asılı olmayaraq qəbul edə bilər.
İrdapin Plyus 150/5/12,5 mq tabletləri, təzyiqi təkbaşına irbesartan və ya amlodipinlə və ya irbesartan/hidroxlorotiazid kombinasiyası ilə kifayət qədər nəzarət edilə bilməyən xəstələrdə tətbiq edilə bilər.
Doza həddinin aşılması:
İrdapin Plyus ilə doza həddinin aşılması hallarının müalicəsi haqqında məlumat mövcud deyil. Sağlam könüllülərdə 10 mq amlodipinin qəbulunda 2 saat sonra aktivləşdirilmiş kömürün istifadəsi amlodipinin sorulma sürətini azaltmışdır.
Əlavə təsirləri:
Tez-tez qanda sidik cövhərinin, kreatinin və keratinkinazanın səviyyəsinin yüksəlməsi.
Bəzən: zərdabda kaliumun və natriumun səviyyələrinin azalması.
Ürəyə
Bəzən: bayılma, hipotenziya, taxikardiya, ödem.
Rəylər (0)