İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
İrdapin essensial hipertenziyanın müalicəsində istifadə olunur. Bu kombinasiya, qan təzyiqi tək irbesartan və ya amlodipin iki kifayət qədər nəzarət oluna bilməyən xəstələrdə istifadə olunur.
ƏKS GÖSTƏRİŞLƏR:
- hamiləlik;
- laktasiya;
- ağır hipotoniya;
- şok;
- sol mədəcikdən çıxışın obstruksiyası;
- miokardın kəskin infraktından sonra hemodinamik qeyri-sabit ürək çatışmazlığı;
- şəkərli diabet və böyrək çatışmazlığı;
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Peroral qəbul üçün nəzərdə tutulub. gündə bir dəfə, qida ilə və ya qida qəbulundan asılı olmayaraq qəbul edilə bilər.
Böyüklər: gündə bir dəfə 150 mq/10 mq, 300 mq/5mq və ya 300 mq/10 mq-a qədər artırıla bilər.
Xüsusi qrup xəstələr: dozanı tənzimlənməsi tələb olunmur.
Qaraciyər çatışmazlığı: mülayim və orta dərəcədə qaraciyər çatışmazlığı olan xəstələrdə dozalnama kombinasiyanın ən aşağı dozaları ilə başlanmalıdır.
ƏLAVƏ TƏSİRLƏRİ:
- immun sistemi pozulmaları;
- qulaq və labirint tərəfindən pozulmalar;
- kardioloji pozulmalar;
- tənəffüs orqanları tərəfindən pozulamalar;
- sümük-əzələ sistemi;
- dəri və dərialtı pozulamaları;
- cinsi disfunksiya.
DOZA HƏDDİNİN AŞILMASI:
8 həftə ərzində 900 mq-dək dozada böyüklərlə qəbul olunduqda təcrübədə intoksikasiya halları aşkar edilməmişdir.
SAXLANMA ŞƏRAİTİ:
25 C-dən aşağı temperaturda, orjinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
İSTEHSALÇI:
Türkiye.
Rəylər (0)