İstifadəsinə göstərişlər:
Periferik sinir sisteminin xəstəlikləri.
Bulbar ifliclər və parezlər.
Hərəki pozğunluqlarla müşayiət olunan MSS-in üzvi zədələnmələrindən sonra bərpa dövrü.
Demielinləşmiş xəstəliklərin kompleks müalicəsi.
Müxtəlif mənşəli yaddaş pozğunluqları.
Bağırsağın atoniyası.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Preparat kifayət qədər maye ilə daxilə qəbul edilir.
Böyüklər
Periferik sinir sisteminin xəstəlikləri, miasteniya və miastenik sindrom:
gündə 1-3 dəfə 10-20 mq təyin edilir. Müalicə müddətinin davamlılığı 1-2 ay təşkil edir.
Uşaqlar
preparatın istifadəsinin təhlükəsizliyi öyrənilmədiyi üçün uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə istifadəsi əks göstərişdir.
Doza həddinin aşılması:
Doza həddinin aşılmasının ağır formasında xolinergik krizin yaranması mümkündür.
Əlavə təsirləri:
Sinir sistemində baş verən pozğunluqlar:
Bəzən: başgicəllənmə, başağrısı, yuxululuq.
Ürəkdə baş verən pozğunluqlar:
Tez-tez: ürəkdöyünmə, bradikardiya.
Tənəffüs sistemində, döş qəfəsində və divararalığında baş verən pozğunluqlar.
Rəylər (0)