İstifadəsinə göstərişlər:
Yenidoğulmuşların asfiksiyası və doğuş travmasının fəsadları, yenidoğulmuşların hipotrofiyası və hipotoniyası, yenidoğulmuşların respirator distress-sindromu, tam parenteral qidalanmada olan yarımçıqdoğulmuşlara qulluq zamanı və hemodializ olan uşaqlar, uşaqlarda və və 16 yaşına qədər yeniyetmələrdə bədən kütləsinin defisiti, propion və digər üzvi asidemiyalar, birincili və ikincili karnitin çatışmazlığı, həmçinin hemodializdə olan xroniki böyrək çatışmazlığı olan xəstələr, tireotoksikozun yüngül formaları.
Əks göstərişlər:
Preparata qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası:
Preparat əzələ və venadaxili yeridilir. 2q/5ml əsasən venadaxili yeridilir.
Uşaqlara: 50-100 mq/kq/gün.
Böyüklərə: 1-3 q/gün.
Daha yüksək dozalar ehtiyatla istifadə edilməlidir. 1 q/gün dozadan başlayaraq, xəstənin reaksiyası və preparatı necə keçirməsi nəzərə alınmaqla dozanı tədricən 3 q/gün-ə çatdırmaq olar.
Doza həddinin aşılması:
Levokarnitinin doza həddinin aşılması nəticəsində toksiki təsirin yaranması barədə heç bir məlumat yoxdur, yüksək dozaları diareyaya səbəb ola bilər.
Əlavə təsirləri:
Dispepsiya əlamətləri, epiqastral nahiyədə ağrı hissi. Çox nadir hallarda bədəndən qoxugəlmə müşahidə edilə bilər.
Rəylər (0)