İstifadəsinə göstərişlər:
Böyüklərdə periferik diabetik polineyropatiya simptomlarının müalicəsi.
Əks göstərişlər:
Tiokt turşusuna və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Tövsiyə olunan doza: gündə 600 mq tiokt turşusu. Qida qəbulu zamanı İnsuliponun qəbulu tiokt turşusunun sorulmasını azalda bilər. Tabletləri bütöv şəkildə, çeynəmədən, bol miqdarda maye ilə içərək udmaq lazımdır.
Doza həddinin aşılması:
Tiokt turşusunun doza həddinin aşılması zamanı ürəkbulanma, qusma və baş ağrısı yarana bilər.
Əlavə təsirlər:
Sinir sisteminə: tez-tez-başhərlənmə* , disgevziya; çox nadir-başağrısı* , hiperhidroz* , qıcolma.
Görmə orqanına: çox nadir- görmə itiliyinin pozulması*.
Mədə-bağırsaq sisteminə: tez-tez-ürəkbulanma; çox nadir - qusma, mədə və bağırsaqda ağrı, diareya.
Rəylər (0)