İstifadəsinə göstərişlər:
Böyüklərdə və 3 yaşdan yuxarı uşaqlarda A və B qripinin və digər kəskin respirator virus infeksiyalarının müalicəsi və profilaktikası.
Əks göstərişlər:
Preparatın təsiredici maddəsinə və ya hər hansı digər komponentinə qarşı yüksək həssaslıq.
Saxaroza/ izomaltaza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbiyası.
Hamiləlik və laktasiya dövrü.
3 yaşa qədər uşaqlar.
İstifadə qaydası və dozası:
Qrip və kəskin respirator virus infeksiyalarının müalicəsi və profilaktikası üçün böyüklərə 90 mq gündə bir dəfə, 7 yaşdan yuxarı uşaqlara- 60 mq gündə 1 dəfə, 3 yaşdan 6 yaşa qədər uşaqlara 30 mq gündə 1 dəfə təyin edilir.
Yetkinlərdə və 7 yaşdan yuxarı uşaqlarda qrip və kəskin respirator virus infeksiyaları üçün müalicə müddəti 5-7 gündür.
Rəylər (0)