İstifadəsinə göstərişlər:
- immun statusu zəifləmiş pasiyentlərdə virus etiologiyalı infeksion xəstəliklər
- ı və ıı tip herpes simplex, herpes
- 16 və 18 tipli insan papilloması virusu ilə törədilən infeksiyalar
- virus etiologiyalı yarımkəskin sklerozlaşan panensefalit
Əks göstərişlər:
- preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq
- podaqra, eləcə də, qanda və sidikdə sidik turşusunun konsentrasiyası yüksəlmiş pasiyentlər
- böyrəkdaşı xəstəliyi
- ııı dərəcəli böyrək çatışmazlığı
- 6 yaşa qədər uşaqlar
İstifadə qaydası:
Yeməkdən sonra bərabər zaman fasiləsilə, daxilə qəbul edilir: ehtiyac olduqda, tableti çeynəmək, xırdalamaq və\və ya bilavasitə istifadədən əvvəl azacıq suda həll etmək olar.İstifadə müddəti nozolgiyadan, prosesin ağırlığından və residivlərin tezliyindən asılı olaraq fərdi müəyyən edilir: orta hesabla müalicə müddəti 5-14 gün təşkil edir, ehtiyac olduqda, 7-10 günlük fasilədən sonra müalicə kursunu təkrar etmək olar, fasilələrlə və dəstəkləyici dozalarla müalicə 1 aydan 6 aya qədər davam edə bilər.
Rəylər (0)