İstifadəsinə göstərişlər:
İmmun statusu normal və zəifləmiş pasiyentlərdə virus etiologiyalı infeksion xəstəliklər: qrip, paraqrip, kəskin respirator virus infeksiyaları, virus etiologiyalı bronxit, rinovirus və adenovirus infeksiyalar: epidemik parotit qızılca.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Kəskin podaqra tutması.
Hiperurikemiya.
İstifadə qaydası və dozası:
Preparatı daxilə, yaxşı olar ki, yeməkdən sonra, bərabər vaxt intervalları ilə qəbul etmək lazımdır.Müalicənin davametmə müddəti nozologiyadan, prosesin ağırlıq dərəcəsindən və residivlərin tezliyindən asılı olaraq, fərdi qaydada müəyyən olunur: orta hesabla müalicənin davametmə müddəti 5-14 gen təşkil edir, zərurət yarandıqda, 7-10 günlük fasilədən sonra, müalicə kursunu davam etdirmək olar.Fasilələrlə və dəstəkləyici dozaların istifadəsi ilə aparılan müalicə , 1-6 aya qədər davam edə bilər.
Böyüklər üçün maksimal sutkalıq doza 80 ml şərbət təşkil edir.Uşaqlar üçün sutkalıq doza, adətən, 50 mq\kq bədən təşkil edir.
Rəylər (0)