İstifadəsinə göstərişlər:
İndometasin Sofarma dayaq-hərəkət aparatının iltihabi və degenerativ xəstəlikləri zamanı kəskin və xroniki ağrıların simptomatik ,qısamüddətli müalicəsi üçün qəbul edilir: revmatoid artrit;kəskin və kəskinləşmiş yuvenil artrit;kəskin və kəskinləşmiş xroniki ankilozlaşdırıcı spondiloartrit(Bexterev xəstəliyi); podaqra və podaqra artritinin tutmaları; psoriatik artrit; Reyter xəstəliyi; oynaqətrafı xəstəliklər: tendinitlər, bursitlər, tendobursitlər,tendovaginitlər, idmançılarda travmalar; diskopatiya, pleksitlər,radikulonevritlər; dismenoreya.
Əks göstərişlər:
-Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq;
-Ağır ürək çatışmazlığı;
-Ağır qaraciyər və böyrək çatışmazlığı;
-Babasil,anal çatlar və fistullar, proktitlər və düz bağırsağda,anusda olan digər xəstəliklər;
-Hamiləliyin son üç ayı və laktasiya dövrü;
-Yaşı 14-dən aşağı olan uşaqlar.
İstifadə qaydası və dozası:
Böyüklər və 14 yaşdan yuxarı uşaqlar
Adi doza - 1 şam 100 mq. gündə 1 dəfə. 150-200 mq-dan çox olan sutkalıq dozada istifadə edildikdə, əlavə təsirlərin meydana çıxma riski artır.
65-yaşdan böyük pasiyentlər
Əlavə təsirlərin yüksək riski mövcuddur.Preparatı ən aşağı effektiv dozada və ən qısa müddət ərzində istifadə etmək tövsiyə olunur.Mədə-bağırsaq traktında mümkün ola bilən qanaxmanı aşkar etmək üçün pasiyentləri müşahidə etmək lazımdır.
Rəylər (0)