İstifadəsinə göstərişlər:
Arterial hipertenziya.
Əks göstərişlər:
Böyrək funksiyası çatışmazlığının ağır formaları.
Qaraciyər funksiyasını çatışmazlığının ağır formaları və qaraciyər ensefalopatiyası.
Hipokaliemiya.
Preparatın istənilən komponentinə və ya sulfonamid törəmələrinə qarşı yüksək həssaslıq.
18 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövrü.
İstifadə qaydası və dozası:
Sutkada 1 dəfə 2,5 mq səhər təyin edilir. Tabletkalar çeynənmədən su ilə qəbul edilir.
Müalicədən lazımi effekt almadıqda, İndap preparatının dozasını artırmaq lazım deyil, əlavə antihipertenziv vasitələrdən istifadə etmək daha yaxşı olar.
Böyrək çatışmazlığı:
Ağır böyrək çatışmazlığı zamanı müalicə əks göstərişdir.
Qaraciyər çatışmazlığı:
Ağır qaraciyər çatışmazlığı zamanı istifadəsi əks göstərişdir.
Doza həddinin aşılması:
Simptomları:
Ürəkbulanma, qusma, zəiflik, mədə-bağırsaq sisteminin funksiyasının pozulması, su-elektrolit balansının pozulması, bəzi hallarda-arterial təzyiqin həddindən artıq enməsi, tənəffüsün zəifləməsi. Qaraciyər sirrozu olan pasiyentlərdə qaraciyər komasının inkişafı mümkündür.
Müalicəsi:
Mədənin yuyulması, su-elektrolit balansının korreksiyası, simptomatik terapiya. Spesifik antidotu yoxdur.
Əlavə təsirləri:
Qan və limfa sistemində baş verən pozğunluqlar: çox nadir hallarda trombositopeniya, leykopeniya, arqanulositoz, aplastik anemiya,
Ürək-damar sistemində baş verən pozğunluqlar: çox nadir hallarda - aritmiya, hipotenziya; məlum deyil - mədəcik taxikardiyası.
Böyrəklədə baş verən pozğunluqlar:
Çox nadir hallarda - böyrək çatışmazlığı.
Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: tez-tez-allergik və dermatoloji reaksiyalar, makulopapulyoz səpgi; bəzən - papura; çox nadir hallarda - angiödem, övrə, toksik epidermal nekroliz, Stivens-Conson sindiromu; məlum deyil - işığa həssaslıq reaksiyaları.
Rəylər (0)