İstifadəsinə göstərişlər:
İmperium XL yüksək qan təzyiqini aşağı salmaq üçün hipertoniyanın müalicəsində istifadə olunur.Qan təzyiqinə olmesartan medoksomil və amlodipinin fiksəolunmuş dozada kombinasiyası ilə kifayət qədər nəzarət edilə bilməyən böyük xəstələrdə; Olmesartan medoksomil və hidroxlortiazidin fiksəolunmuş kombinasiyası ilə birlikdə amlodipin qəbul edən və ya olmesartan medoksomil və amlodipinin fiksəolunmuş kombinasiyası ilə birlikdə hidroxlortiazid qəbul edən xəstələrdə.Yüksək qan təzyiqinin aşağı salınması ölümə səbəb olan və olmayan kardiovaskulyar hadisələrin, xüsusilə də insult və miokard infarktının yaranma riskini azaldır.
Əks göstərişlər:
Aşağıdakı hallarda İMPERİUM XL-in istifadəsi əks göstərişdir. Əgər, olmesartan medoksomil, amlodipinə və ya kalsium kanallarının blokatorlarının xüsusi bir qrupuna (dihidropiridinlər), hidroxlorotiazidə və ya hidroxlorotiazidə bənzər maddələrə (sulfonamidlər), yaxud bu dərmanın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslığınız varsa. Ciddi böyrək problemləriniz varsa. Şəkər xəstəliyiniz və ya böyrəklərinizin funksional pozğunluğu olmaqla birlikdə, eyni zamanda qan təzyiqini aşağı salan aliskiren tərkibli bir dərmanla müalicə alırsınızsa. Qanınızda kaliumun, natriumun səviyyəsi aşağıdırsa, kalsiumun səviyyəsi yuxarıdırsa və ya sidik turşusunun (podaqra və böyrək daşı əlamətləri ilə) səviyyəsi yüksəkdirsə və onlar müalicə edildikdə yaxşılaşmırsa. Hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi"). Ağır qaraciyər probleminiz varsa, öd ifrazınız pozulmuşdursa və ya öd kisəsindən öd axını pozulmuşdursa (məsələn, öd daşlarına görə) və ya əgər sizdə sarılıq (dərinin və gözlərin saralması) varsa aşağı qan təzyiqi, aşağı nəbz, sürətli ürək döyüntüsü və ya şok (ürəklə bağlı problemlərə görə kardiogen şok daxil olmaqla) kimi səbəblərdən toxumalarda qan təchizatının azalması əlamətləri varsa qan təzyiqiniz çox aşağıdırsa. Ürəyinizdən qan axını yavaş və ya tutuludursa (aorta stenozu). Bu, ürəyinizdən qan daşıyan damar və ya qapağın daralması halında baş verə bilər. İnfarktdan (kəskin miokard infarktı) sonra hemodinamik cəhətdən qeyri-sabil ürək çatışmazlığı ürəyin vurğu hacmində azalma varsa.Ürəyin vurğu hacminin aşağı olması təngənəfəslik hiss etmənizə və ya ayaqlarınızda və topuğunuzda ödemə səbəb ola bilər.
İstifadə qaydası və dozası:
İMPERİUM XL-i həmişə həkiminizin sizə söylədiyi şəkildə istifadə edin.Əgər əmin deyilsinizsə, həkiminizlə və yə əczaçı ilə dəqiqləşdirin.İMPERİUM XL-in gündəlik istifadə dozası gündə 1 tabletdir.Maksimal məsləhət görülən doza 1 tabletdir. İstifadə qaydası: tabletlər ac və ya tox qarına qəbul edilə bilər.Tableti bir qədər maye ilə udun.Tableti çeynəmək olmaz.Tableti qreypfrutla birlikdə qəbul etməyin.Əgər mümkünsə gündəlik dozanızı hər gün eyni zamanda qəbul edin, məsələn, səhər yeməyi vaxtı.Müxtəlif yaş qrupları .Uşaqlarda istifadəsi.İMPERİUM XL-in 18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə istifadəsi tövsiyə olunmur.Yaşlılarda istifadəsi.Əgər yaşınız 65 yaşdan yuxarıdırsa, qan təzyiqinizin həddindən artıq dərəcədə aşağı düşmədiyinə əmin olmaq üçün həkiminiz hər doza artımı zamanı qan təzyiqinizi müntəzəm olaraq yoxlayacaqdır.Yaşlılar maksimal məsləhət görülən dozanı İMPERİUM XL-i gündə 1 tablet qəbul etdikdə, ehtiyatlı olmalıdırlar.
Rəylər (0)