İstifadəsinə göstərişlər:
İmperium yüksək qan təzyiqini aşağı salmaq üçün hipertoniyanın müalicəsində istifadə olunur. Qan təzyiqinə olmesartan medoksolim və amlodipinin fiksə olunmuş dozada kombinasiyası ilə kifayət qədər nəzarət edilə bilməyən böyük xəstələrdə; Olmesartan medoksolim və hidroxlortiazidin fiksəolunmuş kombinasiyası ilə birlikdə amlodipin qəbul edən və ya olmesartan medoksomil və amlodipinin fiksəolunmuş kombinasiyası ilə birlikdə hidroxlortiazid qəbul edən xəstələrdə.
Əks göstərişlər:
Əgər, Olmesartan medoksomil, amlodipinə və ya kalsium hidroxlorotazidə və ya hidroxlorotiazidə bənzər maddələrə, yaxud bu dərmanın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslığınız varsa. Ciddi böyrək probleminiz varsa. Şəkər xəstəliyiniz və ya böyrəklərinizin funksional pozğunluğu olmaqla birlikdə, eyni zamanda qan təzyiqini aşağı salan aliskiren tərkibli bir dərmanla müalicə alırsınızsa qanınızda kaliumun, natriumun səviyyəsi aşağıdırsa, kalsiumun səviyyəsi yuxarıdırsa və ya sidik turşusunun səviyyəsi yüksəkdirsə və onlar müalicə edildikdə yaxşılaşmırsa. Hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə. Qan təzyiqiniz çox aşağıdırsa. Ürəyinizdən qan axını yavaş və ya tutuludursa. Bu, ürəyinizdən qan daşıyan damar və ya qabağın daralması halnda baş verə bilər. İnfarktan sonra hemodinamik cəhətdən qeyri-stabil ürək çatışmazlığı ürəyin vurğu həcmində azalma varsa. Ürəyin vurğu həcminin aşağı olması təngnəfəslik hiss etmənizə və ya ayaqlarınızda və ya topuğunuzda ödemə səbəb ola bilər.
İstifadə qaydası və dozası.
İMPERİUM-un gündəlik istifadə dozası gündə bir tabletdir.
İstifadə qaydası: Tabletlər ac və ya tox qarına qəbul edilə bilər. Tableti bir qədər maye ilə udun. İMPERİUM qəbul edərkən alkoqolla bağlı ehtiyatlı olun, çünki bəzi insanlar yanaşı olaraq alkoqol qəbul edərkən vertiqo da daxil olmaqla başgicəllənmə hiss edirlər.
Yaşlılarda istifadəsi: Əgər yaşınız 65 yaşdan yuxarıdırsa, qan təzyiqinizin həddindən artıq dərəcədə aşağı düşmədiyinə əmin olmaq üçün həkiminiz hər doza artımı zamanı qan təzyiqinizi müntəzəm olaraq yoxlayacaqdır.
Orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə olmesartan medoksomilin maksimal gündəlik dozası 20-mq dan artıq olmamalıdır. İMPERİUM-u istifadə etməyi dayandırmayın.
Əlavə təsirləri: İMPERİUM ilə müalicə zamanı bütün bədənə yayılan, üzün, ağızın və / və ya qırtlağın şişməsinə səbəb olan, qaşınma və ya dəri səpgisi ilə təzahür edən allergik reaksiyalar meydana çıxa bilər. Əgər bu əlamətlər meydana çıxarsa, İMPERİUM-u itifadə etməyi dayandırın və dərhal həkiminizə müraciət edin.
Doza həddinin aşılması. Əgər lazım olduğundan daha çox İMPERİUM almısınızsa, başgicəllənmə, ürək döyüntülərinin sayının azalması və ya artması və aşağı qan təzyiqinin bəzi simptomları ilə qarşılaşa bilərsiniz.
Rəylər (0)