Məhsulun xüsusiyyətləri: Şərbət endogen interferonun sintezini və leykositlərin
faqositar qabiliyyətini sürətləndirərək orqanizmin immunitetini yüksəldir və
xəstəliyə qarşı müqavimətini artırır. Bitkilərin tərkibindəki minerallar və
polivitaminlər hesabına vitamin çatışmazlığını aradan qaldırır. Bakteriya,
virus və göbələklərə qarşı məhvedici təsir göstərir. Xəstəlik zamanı yaranan
iltihabın aradan qalxmasına kömək edir.
İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı
vasitə kimi istifadə olunur): İmmundefisit
hallar, qripin müalicə və profilaktikası, tənəffüs yollarının iltihabi
xəstəlikləri, soyuqdəymə, antibiotiklərlə müalicə, şüa terapiyasından sonrakı
dövr, intoksikasiyalar, digər xroniki xəstəliklərin kəskinləşməsinin qarşısını
almaq məqsədi ilə.
İstifadə qaydası: 4-12 yaş: 1-2 desert qaşığı gündə 2 dəfə yeməkdən 30
dəqiqə əvvəl 12 yaşdan yuxarı, böyüklər: 2 xörək qaşığı (30 ml) gündə 2
dəfə yeməkdən 30 dəqiqə əvvəlTərkibində şəkər olduğuna görə şəkərli diabeti
olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər. Qeyd: Yaş
həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə
qarşı yüksək fərdi həssaslıq. Saxlanılması: 250C-dən yuxarı
olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı
açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti
qurtarmış şərbətdən istifadə etməyin. Yararlılıq müddəti: 2 il.
Buraxılış forması: Tünd rəngli şüşə flakon, 100 ml
- Reseptsiz buraxılır.
- Dərman vasitəsi deyil.
- Bioloji
fəallığa malik qida əlavəsidir.
- Məhsul qidanı əvəz etmir.
- Tövsiyə edilən sutkalıq dozanı
aşmayın.
- Hamiləlik və laktasiya
dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə
məsləhətləşin.
- Xəstəliklərin müalicəsi məqsədilə
istifadə olunmur.
ГОСТ 28499-2014 üzrə istehsal olunur. İstehsalçı: “Herba
Flora” MMC
Rəylər (0)