İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Dispeptik simptomlar kompleksi ( epiqastriya ağırlıq hissi, ağrı, qıcqırma, meteorizm, ürəkbulanma, qusma );
Reflüks-ezofaqit, qastrit, mədə və 12-barmaq bağırsaq xorası;
Funksional, üzvi və infeksion mənşəli ürəkbulanma, qusma ( radioterapiya, dərmanlarla müalicə və pəhrizin pozulması zamanı );
Mədə-bağırsaq sisteminin endoskopik və rentgenokontrast müayinəsi zamanı peristaltikanı yaxşılaşdırmaq məqsədlə;
ƏKS GÖSTƏRİŞLƏR:
Domperidona qarşı yüksək həssaslıq, mədə-bağırsaq qanaxması.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
İmiran yeməkdən 15-30 dəqiqə əvvəl qəbul olunur.
Böyüklərə: gündə 3 dəfə 1 tablet, əgər lazım gələrsə 3 dəfə 2 tablet təyin olunur.
Uşaqlara: gündə 2 dəfə 200-400 mq/kq və ya 1-2 tablet təyin olunur.
ƏLAVƏ TƏSİRLƏRİ:
Nadir hallarda başağrısı, dəridə səpgilər müşahidə oluna bilər.
Rəylər (0)