Göstərişlər:
Bu dərman, qızdırmanın müalicəsi, miqren daxili olmaqla yüngül və ya orta dərəcəli ağrının müalicəsi, artritin, yuvenli revmatoid artritin, artrozun, ankilozlaşdırıcı spondilitin, qeyri-revmatoid iltihabın və birincili dismenoreyanın müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər:
İbuprofenə və ya hər hansı digər qeyri-steroid iltihabəleyhinə preparat, aspirinə və ya bu dərmanın hər hansı digər tərkib hissəsinə allergiyanız varsa.
İstifadə qaydası və dozası:
Həkiminiz tərəfindən ibuprofenin istifadəsinə dair verilən təlimatlara dəqiqliklə əməl edin. əmin deyilsibnizsə, həkminizə və ya əczaçınıza müraciət edin. Gözlənilən nəticə əldə edilməyənə qədər müalicəni dayandırmayın. Bundan başqa, ibuprofeni həkiminizin dediyindən daha uzun müddətə qəbuln etməyin. Preparatın ağrıları yüngülləşdirən onlara nəzarət edən minimyum dozadaqəbul edilməsi vacibdir və o, simptomlarınıza nəzarət etmək üçün lazım olduğunudan daha uzun müddət qəbul edilməlidir. Bu dərman daxilə qəbul olunur. Mədədə narahatlıq hiss edən pasiyentlər bu dərmanı südlə və ya yemək zamanı qəbul edə bilər.
Rəylər (0)