İstifadəsinə göstərişlər:
Preparat soyuqdəymə ilə əlaqədar tənəffüs yollarının tutulması zamanı produktiv öskürəyi azaltmaq üçün və aşağı tənəffüs yollarını bəlğəmdən təmizləmək üçün istifadə olunur.
Əks göstrişləri:
Psevdoefedrinə, triprolidininə və qvayfenezinə və köməkçi maddələr qarşı yüksək həssaslıq.
Ağır böyrək çatışmazlığı.
Ağır hipertenziya və ürək-damar xəstəlikləri
Digər simpatomimetik dərmanların qəbulu
Monoaminooksdaza inhibitorlarının qəbulu
İstifadə qaydası və dozası:
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar;
10 ml hər 4-6 saatdan bir.
Maksimal gündəlik doza 40 ml şərbət 24 saat müddətində.
6-11 yaş arası uşaqlar;
5 ml hər 4-6 saatdan bir.
Maksimal gündəlik doza: 20 ml şərbət 24 saat müddətində.
6 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmayıb
2-5 yaş arası uşaqlar;
Həkimin nəzarəti altında, ehtiyatla təyin olunur.
2,5 ml hər 4-6 saatdan bir
Maksimal gündəlik doza; 10 ml şərbət 24 saat müddətində.
2 yaşdan aşağı uşaqlara istifadə edilməməlidir.
Rəylər (0)