Sarımtıl ağ yarımşəffaf, geləbənzər, xarakterik lanolin qoxulu məlhəm.
Göstərişlər:
-Xarici və daxili babasil
-Arxa keçəcəyin hemorroidal venalarının tromboflebiti
-Arxa keçəcək nahiyəsində fistula, ekzema və göynəmə
-Arxa keçəcək çatları
-Anorektal nahiyədə cərrahi müdaxiləyə hazırlıq.
-Tromblaşmış və ya əməliyyat olunmuş babasil kompleks terapiyasının tərkibində.
Əks göstərişlər:
-Preparatın komponentlərinə qarşı yüksək həssaslıq
-Dərinin bakterial virus, göbələk xəstəlikləri
-Vərəm
-Sifilis
-Dəri şişləri
-Qanaxmalara meyillik
-Vaksinasiyaya qarşı reaksiyalar
-Hamiləliyin 1-ci trimestri
-12 yaşadək uşaqlar.
İstifadə qaydası və dozası:
Dəri səthinə, məlhəm zədələnmiş sahələrə sutkada 2-4 dəfə, ağır hissi keçdikdən sonra isə 7 gün ərzində sutkada 1 dəfə nazik qatla şəkilir.
Məlhəmin daxil edilməsi üçün düz bağırsaq boşluğuna daxil edilən əlavə olunmuş vintlə bağlanan ucluqdan istifadə olunur və tübu yüngül basmaqla az miqdarda məlhəm sıxılıb çıxarılır.
Təsiredici maddə: 1 q preparatə tərkibində 65 BV hepaarin natrium, 2,233 mq prednizolon asetat, 30 mq lauromakroqol 600 vardır.
Köməkçi maddə: bərk parafin, maye parafin, lanolin, kolloidal silisium 4-oksid.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply