İstifadəsinə göstərişlər:
Aşağıdakı xəstəliklər zamanı müşahidə olunan sirrozönü və sirroz vəziyyətlərində qaraciyərdaxili xolestaz:
- Qaraciyərin piy distrofiyası;
- Xroniki hepatit;
- Qaraciyərin müxtəlif mənşəli toksiki zədələnmələri, o cümlədən alkohol, virus, dərman qəbulu.
Əks göstərişlər:
- Metionin siklinə təsir edən və / və ya homosistinuriya və / və ya hiperhomosisteinemiyaya səbəb olan genetik qüsurlar;
- Bipolyar pozğunluqlar;
- 18 yaşa qədər yeniyetmələr.
İstifadə qaydası və dozası:
Preparat əzələ daxili və venadaxili inyeksiya şəklində təyin edilə bilər. Liofilizəolunmuş tozu yeridilməsindən bilavasitə əvvəl xüsusi əlavə edilmiş həlledicidə həll etmək lazımdır. Məhlulun istifadə edilməyən hissəsi atılmalıdır.
Doza həddinin aşılması:
Simptomları: əlavə təsirlərin güclənməsi.
Müalicəsi: orqanizmin həyati-vacib funksiyalarını və xəstənin klinik vəziyyətini izləməklə yanaşı ümumi dəstəkləyici terapia.
Əlavə təsirləri:
Tez-tez:
- ürəkbulanma, qarında ağrılar, diareya
- baş ağrısı
- həyacan, yuxusuzluq
- dəri qaşınması.
Bəzən:
- ağızda quruluq, dispepsiya, meteorizm, mədə-bağırsaq ağrısı, mədə-bağırsaq qanaxması, mədə-bağırsaq pozğunluğu, qusma.
Rəylər (0)